DÜNYA
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
Moskva, 27 aprel, AZƏRTAC
Rusiyada “Krokus Siti Holl”dakı terror aktında iştirak etməkdə şübhəli bilinən daha bir şəxs həbs edilib.
AZƏRTAC xəbər verir ki, məhkəmə “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli şəxsi – Tacikistan vətəndaşı, 21 yaşlı Cumaxon Kurbonovu həbs edib. O, bundan əvvəl Moskvada xırda dələduzluğa görə həbs edilmişdi. Rusiya Federasiyasında Cumaxon Kurbonov qeyri-rəsmi işləyib, yataqxanada yaşayıb.
Konsert zalına hücumla bağlı 12 nəfər həbs edilib, onlardan 11-i terror aktı maddəsi ilə, daha bir nəfər əcnəbi vətəndaşın saxta qeydiyyatı haqqında maddə ilə ittiham olunur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [15:07]
Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb
- 11.05.2024 [14:57]
Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb
- 11.05.2024 [14:30]
Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər
- 11.05.2024 [13:23]
Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb
- 11.05.2024 [12:28]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə yüksəlib
- 11.05.2024 [12:13]
Qazaxıstanda daşqından zərər çəkən 20,6 min ailə birdəfəlik müavinət alıb
- 11.05.2024 [11:42]